"Qəbələ"nin iki legioneri milliyə çağırıldı

"Qəbələ"nin iki legioneri milliyə çağırıldı
XƏBƏR 29 Avqust 2018 / 20:11 3375
-  A +

"Qəbələ"nin iki legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçilər - Sabien Lilay və Lalavele Atakora müvafiq olaraq Albaniya və Toqo yığmalarına çağırılıb.

Sabien Lilayın şərəfini qoruduğu Albaniya millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də evdə İsraillə, sentyabrın 10-u isə səfərdə Şotlandiya ilə qarşılaşacaq.

Lalavele Atakoranın milli komandası isə Afrika Millətlər Kuboku seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Beninlə qüvvəsini sınayacaq.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner