"Messiyə mənim məsləhətim lazım deyil" - İnyesta

"Messiyə mənim məsləhətim lazım deyil" -  İnyesta
XƏBƏR 29 Avqust 2018 / 17:26 3423
-  A +

“Barselona” çox güclü görünür. Bu komandada futbolçuların seçimi əla təşkil olunub. Yayda rəhbərlik həm gənc, həm də təcrübəli futbolçuları heyətə cəlb edib. İnanıram ki, komanda mövsümün sonuna qədər bütün turnirlərdə iddiasını qoruyacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın sabiq futbolçusu Andres İnyesta İspaniya mətbuatına açıqlamasında deyib.

Hazırda Yaponiyanın “Kobe” klubunda çıxış edən 34 yaşlı yarımmüdafiəçi Kataloniya klubundan ayrılarkən kapitanlıq sarğısını verdiyi Lionel Messinin liderlik keyifyyətlərindən danıışıb: “Messi həmişə kapitan statusunda fəaliyyət göstərir. Hətta meydana kapitan sarğısı ilə çıxmayanda da. Messi komandanı necə idarə edəcəyini yaxşı bilir. Ona mənim məsləhətim lazım deyil”.

Daha çox


Son xəbərlər
topaz banner