"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?
XƏBƏR 29 Avqust 2018 / 16:00 6386
-  A +

Avropa Liqasının pley-off mərhələsində sabah keçiriləcək “Qarabağ” – “Şerif” oyununa bilet satışı davam edir.

Qol.az-ın Ağdam klubunun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq qarşılaşmaya 13 min bilet satılıb.

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, 28 Mall-da, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner