AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, İK Topaz Premyer Liqanın 2-ci və 3-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Topaz Premyer Liqasının II turunun “Zirə” – “Keşlə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının III turunun “Zirə” – “Sabah” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” matçının 77-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının III turunun “Qarabağ” – “Neftçi” matçının 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Bu səbəbdən klub 1600 manat cərimə olunub.
Oyunun 70-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Karim Rossi “Qəbələ”də
"İnter"in hədəfinə düşdü
"Kəpəz" onu da göndərdi
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər