Xabi Alonso yenidən "Real"da

Xabi Alonso yenidən "Real"da
XƏBƏR 29 Avqust 2018 / 13:37 5909
-  A +

İspaniya millisi və “Real”ın sabiq üzvü Xabi Alonso məşqçilik karyerasına başlayıb.

Qol.az-ın “AS”  nəşrinə istinadən yaydığı xəbərə görə, 37 yaşlı veteran yarımmüdafiəçi “Real”ın U-14 komandasını çalışdıracaq. O, artıq ötən gün komandasını məşqə çıxarıb.

Qeyd edək ki, 2009-2014-cü illərdə Madrid klubunda çıxış edən X.Alonso 2017-ci ildə “Bavariya”da futbolçu karyerasını bitirib.

Daha çox


Son xəbərlər
topaz banner