Dias “Real”la 5 illik müqavilə imzalayacaq

Dias “Real”la 5 illik müqavilə imzalayacaq
XƏBƏR 29 Avqust 2018 / 01:47 4772
-  A +

“Lion”un hücumçusu Mariano Dias “Real”a qayıdır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 25 yaşlı forvard “Kral klubu” ilə 5 illik müqavilə imzalayacaq.

Diasın keçidi madridlilərə 20 milyon avroya başa gələcək. Onun keçidini “Real”ın baş məşqçisi Xulen Lopeteqi şəxsən istəyib.

Qeyd edək ki, Mariano Dias 2012-2017-ci illər aralığında Madrid klubunun aşağı yaş qrupu üzrə komandalarında çıxış edib. Ötən mövsüm “Lion”a transfer olunan gənc forvard Fransa çempionatında 34 oyunda 18 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner