“O anı heç vaxt unutmayacağam” - Ronaldo mövsümün qolu haqda

“O anı heç vaxt unutmayacağam” -  Ronaldo mövsümün qolu haqda
XƏBƏR 29 Avqust 2018 / 00:00 4659
-  A +

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo vurduğu qolun UEFA tərəfindən mövsümün ən yaxşı seçilməsinə münasibət bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz fərqləndiyi anı unutmayacağını söyləyib:

“Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. O anı heç vaxt unutmayacağam. Xüsusən də azarkeşlərin reaksiyasını”.

Qeyd edək ki, UEFA-nın rəsmi saytında keçirilən sorğuda azarkeşlər Ronaldonun ötən il “Real”ın heyətində Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə “Yuventus”un qapısından keçirdiyi topu avrokuboklarda ötən mövsümün ən yaxşı qolu seçiblər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner