"Mənə hörmət edin!” - Mourinyo

"Mənə hörmət edin!” -  Mourinyo
XƏBƏR 28 Avqust 2018 / 17:00 5026
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının son turunda evdə “Tottenhem”ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, portuqaliyalı mütəxəssis özünə yönələn tənqidi fikirlərlə razılaşmadığını, ona hörmət edilməli olduğunu deyib:

“Bu gün 0:3 hesabı ilə məğlub olduq. Bu 3 eyni zamanda mənim Premyer Liqada qazandığım çempionluq sayıdır. Deməli, hazırda liqada işləyən 19 baş məşqçinin hamısından daha çox çempionluq qazanmışam. Mənim 3, digərlərinin ümumilikdə 2 çempionluğu var. Mənə hörmət edin!”

Qeyd edək ki, dünənki məğlubiyyətdən sonra Mourinyonun MY-dən göndəriləcəyi, yerinə isə “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın gətiriləcəyi deyilir.

Daha çox


Son xəbərlər
topaz banner