AFFA-dan UEFA prezidentinə dəstək

AFFA-dan UEFA prezidentinə dəstək
XƏBƏR 28 Avqust 2018 / 12:58 2084
-  A +

AFFA rəhbərliyi UEFA-nın 43-cü Konqresində keçiriləcək seçkidə hazırkı UEFA prezidenti Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək.

Qol.az-ın qrumun saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı AFFA-dan UEFA-ya müvafiq rəsmi məktub göndərilib.

Ötən seçkidə də, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi Aleksander Çeferinin namizədliyini dəstəkləmişdi.

Qeyd edək ki, UEFA-nın 43-cü Konqresi 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner