Ronaldo ispan klubunu alır – 30 milyona

Ronaldo ispan klubunu alır –  30 milyona
XƏBƏR 28 Avqust 2018 / 12:00 6459
-  A +

Braziliya millisinin  sabiq üzvü Ronaldo özünə klub alır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran futbolçu La Liqa təmsilçisi “Valyadolid”in səhmlərini almağa hazırlaşır. Vaxtilə “Barselona” və “Real” kimi klubların şərəfini qorumuş fenomen ləqəbli hücumçunun bunun üçün 30 milyon avro ödəyəcəyi bildirilir. Məbləğin 25 milyonu klubun borclarının bağlanmasına xərclənəcək.

Tərəflər arasında rəsmi müqavilənin yaxın 2-3 həftə ərzində bağlanacağı gözlənilir. Bundan sonra Ronaldo “Valyadolid”in  əsas səhmdarı və prezidenti olacaq.

Qeyd edək ki, “Valyadolid” iki turdan sonra 1 xalla 14-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner