“Özümü 35 yaşdakından daha yaxşı hiss edirəm” - Buffon

“Özümü 35 yaşdakından daha yaxşı hiss edirəm” -  Buffon
XƏBƏR 28 Avqust 2018 / 01:19 2394
-  A +

PSJ-nin qapıçısı Canluici Buffon fiziki durumu haqda danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, italiyalı qolkiper özünü 5-6 il əvvəlkindən daha yaxşı hiss etdiyini qeyd edib:

“Özümü 35 yaşdakından daha yaxşı hiss edirəm. Bəlkə də bu, mümkünsüz görünür. Amma həqiqətən də belədir.

Yaxşı formada qalmağım nədən irəli gəlir? Bəlkə də işə yanaşmamı dəyişmişəm. Bu yaşda hər bir şey insanı motivasiya edir”.

Qeyd edək ki, uzun illər “Yuventus”da çıxış edən Buffon bu yay Paris klubuna transfer olunub.

Daha çox


Son xəbərlər
topaz banner