“Mançester Yunayted”dən böyükhesablı yenilgi

“Mançester Yunayted”dən böyükhesablı yenilgi
XƏBƏR 28 Avqust 2018 / 00:57 4815
-  A +

İngiltərə Premyer Liqasında üçüncü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son görüşündə “Mançester Yunayted” öz meydanında “Tottenhem”i qəbul edib.

Güclü rəqibi qarşısında aciz qalan “Qırmızı Şeytanlar” meydanı böyükhesablı yenilgi ilə tərk edib - 0:3.

Qeyd edək ki, hələ də xal itirməyən “Tottenhem” “Liverpul”, “Çelsi” və “Uotford”la birgə şərikli liderdir.

“Mançester Yunayted”in isə 3 turdan sonra cəmi 3 xalı var.


İngiltərə Premyer Liqası

III tur

27 avqust

“Mançester Yunayted” - “Tottenhem” 0:3
Qollar:
Keyn, 50, Lukas, 52; 84

Daha çox


Son xəbərlər
topaz banner