“Roma” məğlubiyyətdən qaçdı

“Roma” məğlubiyyətdən qaçdı
XƏBƏR 28 Avqust 2018 / 00:22 2589
-  A +

İtaliya “A” seriyasında ikinci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son matçında “Roma” öz meydanında “Atalanta”nı qəbul edib.

Paytaxt klubu artıq 2-ci dəqiqədə hesabı açsa da, qonaqlar 20 dəqiqə ərzində 3 dəfə fərqlənməyə müvəffəq olublar.

İkinci yarıda təzyiqi artıran “Roma” məğlubiyyətdən qaçmağa müvəffəq olub.


İtaliya “A” seriyası

İkinci tur

27 avqust

“Roma” - “Atalanta” 3:3
Qollar:
Pastore, 2 (1:0), Castagne, 19 (1:1), Riqoni, 22 (1:2); 38 (1:3), Florenzi, 60 (2:3), Monalas, 82 (3:3)

Qeyd edək ki, 2 turdan sonra həm “Roma”nın, həm də “Atalanta”nın aktivində 4 xal var.

Daha çox


Son xəbərlər
topaz banner