PSJ "Barselona"nı FİFA-ya şikayət edir

PSJ "Barselona"nı FİFA-ya şikayət edir
XƏBƏR 27 Avqust 2018 / 18:00 4968
-  A +

“Barselona”nın PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo ilə icazəsiz danışıq aparması fransız klubunun narazılığına səbəb olub.

Qol.az-ın “Sport.es” nəşrinə istinadən yaydığı xəbərə görə, Paris təmsilçisi kataloniyalıları FİFA-ya şikayət etməyə hazırlaşır. “Barselona” isə iddia edir ki, klubun nümayəndələri Pep Sequra və Erik Abidal danışıqları PSJ-nin razılığı ilə aparıb.

Qeyd edək ki, bir müddət öncə “Barsa”nın Fransa millisinin üzvü ilə anlaşdığı yazılmışdı.

Daha çox


Son xəbərlər
topaz banner