Yığmamızın rəqibi "Mançester Siti"nin futbolçusunu milliləşdirdi

Yığmamızın rəqibi "Mançester Siti"nin futbolçusunu milliləşdirdi
XƏBƏR 27 Avqust 2018 / 17:08 4692
-  A +

Millətlər Liqasında yığmamızın rəqibi olan Kosovo millisi daha bir futbolçunu milliləşdirib. 

Qol.az-ın Kosovo mətbuatına istinadən yaydığı xəbərə görə, yerli federasiya "Mançester Siti"nin futbolçusu Ariyanet Muriçi komandaya cəlb edib.

İsveçrədə doğulmuş 19 yaşlı qapıçı Monteneqro əsillidir. Monteneqronun U-21 millisində 2 oyun keçirən Muriç atasının doğulduğu Kosovonu təmsil etməyə razılıq verib.

Gənc qapıçı 2015-ci ildə İsveçrənin "Qrasshoppers" klubundan "Mançester Siti"yə transfer olub və  "şəhərlilər"lə 2017-ci ildə peşəkar müqavilə bağlayıb.

Qeyd edək ki, yığmamız Millətlər Liqasında sentyabrın 7-də Kosovonu qəbul edəcək.

Daha çox


Son xəbərlər
topaz banner