"Fənərbaxça" meksikalı futbolçudan imtina etdi

"Fənərbaxça" meksikalı futbolçudan imtina etdi
XƏBƏR 27 Avqust 2018 / 16:35 4286
-  A +

"Fənərbaxça" müqavilə bağlamaq üçün İstanbula çağırdığı Meksika millisi və “Ayntraxt”ın üzvü Marko Fabianla müqavilə imzalamaq fikrindən daşınıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu  tibbi müayinə zamanı zədə aşkarlanan 29 yaşlı futbolçudan imtina edib. Bu səbəbdən oyunçu geri qaytarılıb.

Qeyd edək ki, “Fənərbaxça” Fabian üçün “Ayntraxt”a 1,5 milyon avro transfer məbləği ödəmək, futbolçu ilə isə 2 illik müqavilə imzalamaq barədə razılığa gəlmişdi.

Daha çox


Son xəbərlər
topaz banner