"Şəhriyar Məmmədyarov ən yüksək mükafatlara və sponsorlara layiqdir. Dahi şahmatçıdır. Lakin onun bugünkü bəyanatında bəzi məqamlar var ki, onlara mütləq aydınlıq gətirmək lazımdır".
Bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) I vitse-prezidenti Mahir Məmmədov deyib.
O bildirib ki, 33 yaşlı qrossmeyster Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir: "Məqamlardan biri odur ki, həm dövlət, həm federasiya, həm də Gənclər və İdman Nazirliyi onu heç vaxt vəsaitsiz qoymayıb. Müəyyən dövrlərdə yaxşı sponsorları olub. Əlbəttə, sponsorluq elədir ki, çox vaxt müvəqqəti xarakter daşıyır, heç kimin daimi sponsoru olmur. Lakin Məmmədyarovun bir daimi sponsoru var. Bu, Azərbaycan dövlətidir. Ona həm cənab prezident tərəfindən maliyyə yardımları göstərilib, həm də mənzillər verilib. İnanıram ki, bundan sonra da veriləcək və xidmətləri qiymətləndiriləcək".
M.Məmmədovun sözlərinə görə, Ş.Məmmədyarov uzun illərdir iştirak etdiyi yarışların heç birinə vəsait xərcləmir: "Şahmat aləmi də bilir ki, Şəhriyar Məmmədyarovun olduğu dahi, görkəmli statusla əlaqədar onu elə yüksək səviyyəli turnirlərdə görməyə çox şad, xoşbəxt olurlar və onu bütün yarışlara dəvət edirlər. Klub səviyyəli yarışda iştirak edirsə, "SOCAR-Azərbaijan", "Odlar Yurdu" və ya Rusiyanın hər hansı klubu onun bütün xərclərini ödəyir, əlavə qonorar verir. Bu, Azərbaycan yığmasıdırsa, onun şərəfini qorumaq hər birimiz üçün borc və böyük şərəfdir. Bununla belə, uğurları dövlət tərəfindən qiymətləndirilir. O cümlədən, son böyük uğur - Şəhriyar Məmmədyarovun birinci lövhədə çıxış etdiyi Avropa çempionatındakı qızıl medaldan sonra milli komanda cənab prezident tərəfindən qəbul olundu, dövlət başçısı, Gənclər və İdman Nazirliyi, federasiya bu nailiyyəti diqqətsiz qoymadı, mükafatlar verildi. Hətta superturnirlərə belə Şəhriyar Məmmədyarov səviyyəli şahmatçı şərtsiz və şəraitsiz dəvət olunmur, xüsusi dəvət alır. Onun heç nəyə xərci çıxmır. Nəinki özünə, hətta onu müşayiət edən şəxsə də..."
Bununla yanaşı, AŞF vitse-prezidenti bildirib ki, Ş.Məmmədyarovun zirvədə qalması üçün ona xüsusi şərait və məşqçilər lazımdır: "Ola bilsin, məşqçilərin əmək haqlarının ödənilməsi Şəhriyar Məmmədyarovun üzərinə düşür. Bunu biz istisna etmirik. Çünki öz komandasının bütün işlərini, incəliklərini özü bilir. Sadəcə, bu gün ona bir sponsor görürəm. Bu, Azərbaycan dövlətidir. Lakin bu, o demək deyil ki, onun şəxsi, qeyri-dövlət strukturu kimi maliyyə və kommersiya qurumlarından sponsorları ola bilməz. Ola bilsin, son illər onun qabarıq şəkildə sponsoru yoxdur. Lakin Məmmədyarov heç vaxt diqqətsiz qalmayıb. Hazırkı sponsoru kimi Azərbaycan dövlətini vurğulamaq və kommersiya qurumlarını ona dəstək olmağa dəvət etmək lazımdır".
M.Məmmədov Ş.Məmmədyarovun sponsorluq məsələsini məhz indi qabartmasını isə belə əsaslandırıb: "Görkəmli, dahi bir şahmatçı kimi onun həmişə bu məsələni qabartmaq ixtiyarı var. Hazırda ağır turnirdə iştirak edir. Buna baxmayaraq, yaxşı oynayır. Şəhriyar bir çox yarışlarda iştirak edir. Ümumiyyətlə, çoxlu turnirdə oynamaq onun oyun üslubudur. Bu baxımdan, Məmmədyarovla Teymur Rəcəbovun yarışları seçmək strategiyalarında müəyyən fərqlər mövcuddur. İndi də var, əvvələr də olub. Şahmat onun sənətidir. Öz həyatını və gələcəyini, maliyyə vəziyyətini şahmat vasitəsi ilə təmin edir. Şahmatçının şahmat oynaması təəcüblü deyil. Ağır turnirdir, ola bilsin yorulub. İnsan yorulanda onun beynində müəyyən fikirlər qabara bilər. Hər şey mümkündür. Ola bilsin, Məmmədyarov onun komandasının xərclərini çəkəcək sponsor axtarır və bunun Azərbaycan şirkətlərindən birinin olmasını istəyir. Bu, təqdirəlayiq fikirdir. Məncə, Məmmədyarov bu məsələni bu cür faciəvi şəkildə qabartmamalı idi. Amma belə fikir səsləndirməyə haqqı var. Fikrimcə, onun yazdıqları yorğunluqdan irəli gəlir. Onun əlavə maliyyəyə ehtiyacı olduğunu vurğulamağa ixtiyarı var".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov sosial şəbəkədəki şəxsi hesabında paylaşım edərək, sponsorunun olmamasından şikayətlənib.
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi
Kurtua "El-Klassiko"da oynayacaq?
Tovuzda heyətlər açıqlandı
AFFA hakimlər üçün sessiya təşkil etdi
Mbappenin durumu açıqlandı
Sonuncu dəfə “Qarabağ”a 5 il əvvəl qalib gəliblər
AFFA-nın stadionu yenilənir - Şəkillər
Jinyak 11 ildən sonra klubunu tərk etdi
O da DÇ-2026-nı buraxacaq
1-ci liqada həftənin hakimləri məlum oldu
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
Zubir bu yay "Qarabağ"dan ayrılacaqmı?
AFFA Lənkəranda festival təşkil edib
"Şaxtyor" çempionluğa yaxınlaşır
Azərbaycan millisi Avropa Kubokunda 1-ci oldu
"Barselona" onlarla yolları ayırır
Cəlal oynadı, komandası uduzdu
Məşhur futbolçu sərxoş olub barda yatıb qaldı
Salahın ‘Liverpul’ karyerası belə bitdi
Azarkeşlər “Fənərbaxça”nın avtobusunu daşa basdılar - Video
Musa Qurbanlı: “Hörmətin qarşılığı hörmət olmalıdır” - Video
Azərbaycan boksçularından tarixi nəticə
“İnter”dən xal itkisi, “Milan” “Yuventus”la heç-heçə etdi
Güləş millimiz 6-cı dəfə Avropa çempionu oldu
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video