"Şerif" Bakıya qələbə ilə gəlir

"Şerif" Bakıya qələbə ilə gəlir
XƏBƏR 27 Avqust 2018 / 10:40 2003
-  A +

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Şerif"  Moldova çempionatında növbəti oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, Tiraspol təmsilçisi 18-ci turda öz meydanında "Dinamo-avto"nu qəbul edib və 2:0 hesablı qələbə qazanıb. "Şerif"in heyətində Alhacı Kamara və Yevgeni Oançea fərqlənib.

Qeyd edək ki, "Şerif" 42 xalla turnir cədvəlinə başçılıq edir.

Xatırladaq ki, ilk oyunda Moldovada "Qarabağ"a 1:0 hesabı ilə qalib gələn "Şerif" avqustun 30-da Bakıda Ağdam təmsilçisi ilə cavab matına çıxacaq.

Daha çox


Son xəbərlər
topaz banner