Millimiz finalda

Millimiz finalda
XƏBƏR 26 Avqust 2018 / 20:37 3575
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində növbəti oyununu keçirib.
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Qazaxıstan yığması ilə qarşılaşan komandamız heç-heçə edib - 1:1. Yığmamızın heyətində  Musa Qurbanlı fərqlənib. Bu nəticədən sonra qrupda birinci yeri tutan komandamız finala vəsiqə qazanıb.

Avqustun 28-də, saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi - Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.

 


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner