“Bu oyun “Kyevo” ilə matçdan fərqlənirdi. Görüşün əvvəllərində harasa tələsirdik. Ronaldo A Seriyasında doğma azarkeşlərimiz önündə ilk oyununa çıxırdı. Yeganə təhlükə bundan yaranan təzyiqlə bağlı idi. Odur ki, daha səbrli olmalıydıq”.
Qol.az-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Yuventus”un baş məşqçisi Mssimiliano Alleqri A Seriyasının ikinci turunda “Latsio” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis ardıcıl 2-ci rəsmi oyunda da qol vura bilməyən Kriştiano Ronaldo haqda da danışıb:
“Dibala olmayanda, xəttlərarası əlaqə istənilən səviyyədə olmur. Amma yaxşı müdafiə olunduq və ikinci hissədə əla oynadıq. Öz çıxışımızdan razıyam. Böyük klublardan birinə qarşı ilk oyunumuz idi, hərşey yaxşı alındı.
O ki qaldı Ronaldonun qol vura bilməməsinə, İtaliya futbolu digərlərindən fərqlənir. O özü də bunu başa düşür. Deyərdim ki, bura yaxşı uyğunlaşır. Ronaldo təvazökar oğlandır, oyunumuza verdiyi töhfədən razıyam”.
"Kəpəz" onu da göndərdi
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı