"Bəlkə də Hazard heç vaxt "Real"da oynamayacaq" - atası

"Bəlkə də Hazard heç vaxt "Real"da oynamayacaq" - atası
XƏBƏR 25 Avqust 2018 / 13:17 3293
-  A +

“Çelsi”nin yarımmüdafiəçisi Eden Hazardın atası Tyerri Hazard oğlunun “Real”a keçidinin alınmamasının səbəblərindən danışıb.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, o, bunu Zinəddin Zidanın ötən mövsümün sonunda “kral klubu”ndan getməsi ilə əlaqələndirib:

“Hər şeyin niyə korlandığını deyə bilmərəm. Ona görə yox ki, demək istəmirəm. Sadəcə,mən bu haqda çox şey bilmirəm. Yəqin, indi onlarda daha çox gənclərə şans vermək siyasəti yeridirlər. Edenin “Çelsi” ilə 2 illik müqaviləsi var. Amma ola bilər ki, o, heç vaxt “Real”da oynamasın. Bəlkə də Zidan qalsaydı, hər şey fərqli olardı. Digər tərəfdən, fransız mütəxəssisin özünün də getmək üçün səbəbləri var idi”.

Qeyd edək ki, bu yay Kriştiano Ronaldonu 105 milyon avroya “Yuventus”a satan “Real”ın portuqaliyalı ulduzun yerini məhz Hazardla dolduracağı gözlənilirdi.

Son xəbərlər