"Bavariya"da ciddi itki

"Bavariya"da ciddi itki
XƏBƏR 25 Avqust 2018 / 10:48 2406
-  A +

Bundesliqanın ilk turunda “Hoffenhaym”ı 3:1 hesabı ilə məğlub edən “Bavariya” ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yayadığı xəbərə görə, komandanın yarımmüdafiəçisi Kinqsli Koman zədələnib. Tibbi müayinədən sonra sol topuğunda qırıq aşkarlanan fransalı futbolçunun əməliyyat olunacağı və bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Koman bu ilin fevral ayından mayına qədər eyni zədə səbəbindən oynamayıb. O, Fransanın qalib olduğu DÇ-2018-i də buraxmalı olub.

Son xəbərlər