Əliyar Ağayev “Bordo”nun futbolçusunu qovdu

Əliyar Ağayev “Bordo”nun futbolçusunu qovdu
XƏBƏR 24 Avqust 2018 / 17:47 4813
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.

Qol.az-ın xəbərinə görə, o, Avropa Liqasının pley-off mərhələsində keçirilən “Gent” (Belçika) - “Bordo”  (Fransa) oyununda iş başında olub.

30 yaşlı referi qol olmayan oyunun 41 və 90+3-cü dəqiqəsində “Bordo”nun futbolçusu Xules Kundeni sarı vərəqə ilə cəzalandırıb. Kunde ikinci rəsmi xəbərdarlıqdan sonra meydandan qovulub.

Qeyd edək ki, Əliyar Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov kömək ediblər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.

Son xəbərlər
29.04.24  12:37

Xavinin yeganə ümidi