Səfir İlham Əliyevlə görüşdə Halldorssondan danışdı

Səfir İlham Əliyevlə görüşdə Halldorssondan danışdı
XƏBƏR 24 Avqust 2018 / 13:57 5842
-  A +

"Hannes Tur Halldorssonun "Qarabağ” klubuna keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq yaradıb".

Qol.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bunu İslandiya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berqlind Asqeyrsdottir etimadnaməsini qəbul edən Prezident İlham Əliyevlə söhbətində bildirib.

Xanım diplomat Halldorssonun dünya çempionatında məşhurlaşdığını da qeyd edib.

Qeyd edək ki, DÇ-2018-də Argentina ilə görüşdə Lionel Messinin vurduğu penaltini qaytaran 34 yaşlı qolkiper "Qarabağ"la ötən ay müqavilə bağlayıb.

Son xəbərlər