“Qalatasaray” Qomisi satdı - rəsmi

“Qalatasaray” Qomisi satdı -  rəsmi
XƏBƏR 24 Avqust 2018 / 11:53 4413
-  A +

“Qalatasaray” hücumçusu Bafetimbi Qomislə yollarını ayırıb.

Qol.az-ın xəbərinə görə, fransalı forvard Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər bu transferə görə “Qalatasaray”a 6 milyon avro ödəyəcək. Futbolçu özü isə illik 8 milyon avro maaş alacaq. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Qomis ötən mövsümün əvvəlində İngiltərənin “Suonsi" klubundan "Qalatarasay”a transfer olunmuşdu.  Fransa millisinin sabiq üzvü ötən mövsüm 33 oyuna 29 qol vuraraq, Superliqanın bombardir olub.

Son xəbərlər