"Nə qədər ki buradayam, futboldan zövq alın" - İbrahimoviç

"Nə qədər ki buradayam, futboldan zövq alın" - İbrahimoviç
XƏBƏR 23 Avqust 2018 / 17:53 4375
-  A +

“İndi özümü əla hiss edirəm. 3 ay zədəli oldum, hamı məni unutdu. Ancaq sübut etdim ki, hələ də yaşayıram. Özü də bunu “Los-Anceles Qelaksi”dəki debüt oyunumun ilk 2-3 dəqiqəsində etdim”.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, bu sözləri “Los-Anceles Qelaksi” klubunun hücumçusu Zlatan İbrahimoviç deyib. Karyerasını bitirmək haqda düşünməyən 36 yaşlı futbolçu Koliforniya klubundakı vəziyyətindən də danışıb:

“Özümü gümrah hiss edirəm. Burada hər şey ürəyimcədir. Klub, komanda yoldaşlarım, tərəfdaşlarımız, azarkeşlərimiz, şəhər xoşuma gəlir. Komandama kömək etmək istəyirəm. Nə qədər ki buradayam, futboldan zövq alın”.

Qeyd edək ki, İbrahimoviç bu ilin yanvar ayından “Los-Anceles Qelaksi”də çıxış edir.

Daha çox


Son xəbərlər
topaz banner