İspaniya millisinin üzvü "Real"a keçir

İspaniya millisinin üzvü "Real"a keçir
XƏBƏR 23 Avqust 2018 / 17:05 6061
-  A +

“Selta”nın hücumçusu Yaqo Aspas karyerasını “Real”da davam etdirəcək.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “kral klubu” 31 yaşlı futbolçu ilə razılıq əldə edib. Madrid təmsilçisinin İspaniya millisinin hücumçusu üçün “Selta”ya 40 milyon avro ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, “Valensiya”dan Rodriqo Morenonu transfer edə bilməyən “Real” hücum xəttindəki boşluğu məhz ispaniyalı forvardla doldurmaq istəyir.

Daha çox


Son xəbərlər
topaz banner