"Fənərbaxça" daha bir futbolçusunu satdı - rəsmi

"Fənərbaxça" daha bir futbolçusunu satdı - rəsmi
XƏBƏR 23 Avqust 2018 / 14:00 5357
-  A +

Bir neçə gün öncə Juliano ilə yollarını ayıran “Fənərbaxça” daha bir braziliyalı futbolçu ilə vidalaşıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Jozef de Souzanı Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna satıb. “Sarı-lacivərdlilər” bu satışdan 12,5 milyon avro gəlir götürəcək.

Qeyd edək ki, 29 yaşlı yarımüdafiəçi 2015-ci ildən “Fənərbaxça”da çıxış edirdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner