Anri fransız klubunu çalışdırmağa razılıq verdi

Anri fransız klubunu çalışdırmağa razılıq verdi
XƏBƏR 22 Avqust 2018 / 17:52 3592
-  A +

Fransa millisi və “Arsenal”ın sabiq üzvü Tyerri Anri “Bordo”nu çalışdırmağa razılıq verib.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis klub rəhbərliyinin qarşısına şərt qoyub. O bildirib ki, əgər istədiyi futbolçular transfer olunsa, komandanın sükanı arxasına keçməyə hazırdır. Rəhbərliyin Anrinin istəyini qəbul etdiyi və yaxın günlərdə rəsmi müqavilə bağlayacağı bildirilib.

Qeyd edək ki, Anri hazırda Belçika millisində baş məşqçi Roberto Martinesin köməkçisidir.

Daha çox


Son xəbərlər
topaz banner