PSJ Rakitiçdən əl çəkmir

PSJ Rakitiçdən əl çəkmir
XƏBƏR 22 Avqust 2018 / 16:58 3474
-  A +

PSJ “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçi heyətinə qatmaqda israrlıdır.

Qol.az-ın “Sport.es” saytına istinadən yaydığı xəbərə görə, Fransa klubu yaxın günlərdə kataloniyalılara rəsmi təklif göndərməyə hazırlaşır. “Barsa” xorvatiyalı futbolçuya 125 milyon avro qiymət qoysa da, parislilər onu daha aşağı məbləğə transfer etməyi planlaşdırır.

Maraqlıdır ki, Rakitiç özü də “Barselona”da qalmaq istəyir. Ancaq hər şey PSJ-nin təklifindən asılı olacaq. Fransa çempionu yarımmüdafiəçiyə daha yüksək maaş təklif edərək, onu fikrindən daşındırmağa çalışacaq.

Daha çox


Son xəbərlər
topaz banner