Çempionlar Liqasında VAR sistemi

Çempionlar Liqasında VAR sistemi
XƏBƏR 22 Avqust 2018 / 15:51 4198
-  A +

Çempionlar Liqasında da videotəkrar (VAR) sistemi tədbiq ediləcək.

Qol.az-ın “The Times”ə istinadən yaydığı xəbərə görə, UEFA turnirin 1/4 final mərhələsindən sözügedən yenilikdən istifadə etməyi planlşadırır. Bu qərar sentyabrın əvvəlində Avropa Klublar Assosiyasında bir daha müzakirə olunacaq.

Yeniliyin tədbiq ediləcəyi halda əlavə hakim köməkçilərindən imtina ediləcək.

Qeyd edək ki, ötən ay UEFA Hakimlər Komitəsinin sədri vəzifəsindən ayrılan Pyerlucci Kollina da ÇL-də VAR sisteminə keçidi dəstəkləmişdi.

Daha çox


Son xəbərlər
topaz banner