“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə səfər oyunu Azərbaycanda yayımlanmaya bilər.
Qol.az-ın əldə etdiyi xəbərə görə, buna səbəb Moldova klubunun Avroliqanın yayım hüququnu alan “CBC Sport” telekanalından yüksək məbləğ tələb etməsidir. Tiraspol təmsilçisi telekanal rəhbərliyindən 150 min avro tələb edib ki, hazırda “CBC Sport” bu pulu ödəmək gücündə deyil. Məhz bu səbəbdən canlı yayım ehtimalı çox azdır.
Qeyd edək ki, Çempionlar Liqasından fərqli olaraq, Avropa Liqasının pley-off mərhələsində yayım hüququ televiziyalarda yox, klubların özündə olur.
Xatırladaq ki, “Qarabağ”ın ötən il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə səfər oyunundan öncə də eyni problem yaşanmışdı. Tiraspol klubu 100 min avro tələb etdiyindən matçın canlı yayımı alınmamışdı.
Sabah keçiriləcək “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi