UEFA-dan Bekhemə prezident mükafatı

UEFA-dan Bekhemə prezident mükafatı
XƏBƏR 22 Avqust 2018 / 00:00 2858
-  A +

UEFA İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemi prezident mükafatı ilə təltif edəcək.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda qitə futbol qurumunun prezidenti Aleksey Çeferin açıqlama verib:

“Biz prezident mükafatını böyük uğurlar qazanmış, peşəkarlıq nümayiş etdilənlərə təqdim edirik. Bu il mən qalib qismində Devid Bekhemi seçdim. O, futbolun rəsmi səfiridir, bu oyunu və onun dəyərini dünyanın hər küncündə inkişaf etdirir.

Eləcə də Bekhemin humanitar fəaliyyətini də unutmaq olmaz. O, dünyadakı bir çox uşağa kömək edib. Bekhem öz dövrünün futbol rəmzlərindən biridir”.

Son xəbərlər
topaz banner