“Qəbələ” Topaz Premyer Liqasının III turunun hazırlığını davam etdirir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 19-da keçirilən “Neftçi” ilə II turun qarşılaşmasından (1:2) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda gerçəkləşdirir.
Oyunun ertəsi gün matçın iştirakçıları bərpa xarakterli məşqlə kifayətlənibsə, digər oyunçular toplu çalışmaları yerinə yetirib. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçirilən bugünkü hazırlıq prosesi yüngül qaçışla başlayıb. “Bakı”nın təlim-məşq bazasında baş tutan məşq prosesində fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu hərəkətləri icra edib.
Xatırladaq ki, Topaz Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” oyunu avqustun 25-də baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 18:00-da başlayacaq.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi