"Qarabağ"a keçən futbolçuya görə ziyana düşdülər

"Qarabağ"a keçən futbolçuya görə ziyana düşdülər
XƏBƏR 21 Avqust 2018 / 13:40 7264
-  A +

"Bursaspor" yay transfer pəncərəsində satdığı futbolçulardan ümumilikdə 4.7 milyon avro gəlir əldə edib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Superliqa təmsilçisi yalnız Con Delarjı aldığı qiymətdən aşağı satıb. Ağdam klubu 2017-ci ilin yayında "Admira Vakker"dən "Bursaspor"a 400 min avroya transfer olunan konqolu hücumameylli yarımmüdafiəçi üçün Bursa təmsilçisinə 170 min avro ödəyib. Bu isə türk klubu üçün 230 min avroluq zərər deməkdir.

Qeyd edək ki, "Qarabağ"ın heyətində ümulikdə 4 oyun keçirən Delarj 1 qola imza atıb. 28 yaşlı futbolçu yeganə qolu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Kukesi" ilə cavab oyununda (3:0) vurub.

Son xəbərlər
topaz banner