Qalmaqallı qapıçı "Beşiktaş"a keçir

Qalmaqallı qapıçı "Beşiktaş"a keçir
XƏBƏR 20 Avqust 2018 / 18:37 6247
-  A +

Bir müddət öncə Fabrini “Fulhem”ə satan “Beşiktaş” ispan qapıçıya əvəzləyici tapıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Liverpul”dan Loris Kariusu heyətinə qatır. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. “Beşiktaş” alman qapıçının 2 illik icarəsi üçün mersisaydlılara 2 milyon avro ödəyəcək.

Qeyd edək ki, Karius ötən mövsüm Çempionlar Liqasının finalında “Real”la oyunda (1:3) etdiyi kobud səhvlərlə yadda qalmışdı. Hətta 25 yaşlı qolkiper buna görə ölümlə təhdid olunmuşdu.

Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner