Topaz Premyer Liqasının II turu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İlqar Qurbanov Azərbaycan çempionatlarında 200-cü matça çıxıbsa, “Neftçi” ilə görüşdə (1:2) rəqibin qapısına vurulan qolun müəllifi Rauf Əliyev 50-ci dəfə fərqlənib.
Ölkə çempionatlarında 2004/05 mövsümündə debüt edən İlqar “Dalğa Arena”dakı matça qədər 199 görüşdə meydana çıxmışdı. O, arxada qalan 14 ildə 14 qolun sevincini yaşayıb. Ötən yay “Qəbələ”yə keçən müdafiəçi bu komandada 13 matçda iştirak edib. Bunadək isə Qurbanov “Xəzər Lənkəran” (56 oyunda 6 qol), “Olimpik-Şüvəlan” (23 oyunda 2 qol) və “Qarabağ”da (108 oyunda 6 qol) forma geyinib.
“Qəbələ”də bu mövsümdə debüt edən Rauf “qırmızı-qara” formada qol hesabını da açıb. O klubun tarixinə qol sevinci yaşayan 122-ci, bunu Premyer Liqada gerçəkləşdirən 94-cü futbolçu kimi düşüb. Çempionatlarda debütü 2006/07 mövsümünə təsadüf edən hücumçu ilk qolunu da həmin vaxt vurub. Əliyev 50 qoldan 23-nü (131 oyunda) Ağdam klubunda, 11-ni “Bakı”da (38 oyunda), 3-nü “Xəzər Lənkəran”da (11 oyunda), 12-ni “İnter”də (36 oyunda), 1-ni “Qəbələ”də (2 oyunda) vurub. Rauf yalnız 11 matça çıxdığı “Neftçi”də fərqlənə bilməyib. Ümumilikdə isə hücumçu 50-ci qolunu 229-cu matçında vurub.
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə