“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Madera Topaz Premyer Liqanın 2-ci turunda “Səbail” üzərində səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ispan futbolçu əvvəlcə qarşılaşmailə bağlı fikirlərini açıqlayıb.
- Səfər oyunları hər zaman çətin olur. Rəqib güclü komanda olanda işiniz bir az da çətinləşir. Bugünkü oyun da istisna olmadı. İlk dəqiqələrdə oyunumuz istədiyimiz kimi alınmasa da, sonradan nəzarəti ələ ala bildik və qol vəziyyətləri yaratmağa başladıq. Yeni mövsümdə ilk 3 xalımızı qazandıq. Bu cür davam etməliyik.
- Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Topaz Premyer Liqada mövsümün ilk oyununa köklənmək nə dərəcədə çətin oldu?
- Yıxılırsansa, qalxmağı bacarmalısan. Bu, futbolun qanunudur. Özünüz də bilirsiniz ki, bu il Çempionlar Liqasında qruplara qalmaq daha çətindir. Son mərhələlərdə rəqiblərin səviyyəsi daha yüksəkdir. Amma istənilən halda irəli baxmaq lazımdır. Qarşıda digər yarışlar var. Mübarizəni davam etdiririk. Avropa Liqasında yenidən qruplara qalmaq şansımız var. Sadəcə, çalışmaq lazımdır.
- Oyunun gedişində yerdə qaldınız və həkim müdaxiləsi oldu. Özünüzü necə hiss edirsiniz? Zədəniz ciddidir?
- Yox, elə ciddi deyil. Rəqiblə toqquşmadan sonra diz nahiyyəmdən yüngül xəsarət aldım. Yeriyəndə bir az ağrı hiss edirəm. Yəqin, buz qoyulandan sonra keçib gedər.
- Avropa Liqasının qrupuna düşmək üçün “Şerif” səddini keçməlisiniz. Tanış rəqiblə oynayacaqsınız. Ötən il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində məhz Moldova klubunu mübarizədən kənarlaşdırmışdınız. Bu dəfəki oyunlardan nə gözləyə bilərik?
- Ötən ilki kimi çətin olacağını gözləyirəm. Çox istəkliyik, arzumuz böyükdür. Amma qarşımızda çətin rəqib var. Üstəlik ilk oyunu səfərdə keçirəcəyik. Görək, baş məşqçimiz bizə nə deyəcək. İlk oyundan sonra rəqib komandada nə kimi dəyişikliklər baş verdiyini görəcəyik. Baş məşqçi hansı tapşırıqları versə, onları meydanda yerinə yetirməyə çalışacağıq.
- Ötən il cavab oyununda “Şerif”ə qol vurmuşdunuz. Necə düşünürsünüz, yenə rəqib qapısına yol tapa biləcəksiniz?
- Göylərdə uçmamalı, ayaqlarımızı yerə basmalıyıq. Qolu kimin vuracağı önəmli deyil. Əsas mərhələ adlamaqdır.
- Bayaq qeyd etdiniz ki, arzunuz böyükdür. Yəqin ki, Avroliqada qrupdan çıxmağı nəzərdən tutursunuz. Çünki qrupa düşmək “Qarabağ” üçün elə də böyük hadisə sayılmamalıdır...
- Bunu kim deyir?! Elə dediniz ki, sanki neçə illərdir Çempionlar Liqasının qrupunda oynayırıq və artıq Avroliqada qrupa düşməyi uğur saymırsınız. Cəmi 1 il Çempionlar Liqasında oynamışıq. Bu il alınmadı. Mən belə düşünmürəm. Avropa Liqası da Azərbaycan üçün ciddi yarış sayılmalıdır. Orada da möhtəşəm komandalar var.
- “Şerif”i keçə bilsəniz, qrup mərhələsinin püşkatmasına 2 və ya 3-cü səbətdən qatılmaq şansınız da var. Bu, sizə hər hansı motivasiya verirmi?
- Ümumiyyətlə, səbət məsələsindən anlayışım yoxdur. Öncə “Şerif”ə qarşı oynamaq lazımdır. Ondan sonra bu barədə fikirləşmək olar.
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video