Premyer Liqamızda ilk turun ən yaxşı futbolçusu

Premyer Liqamızda ilk turun ən yaxşı futbolçusu
XƏBƏR 17 Avqust 2018 / 17:12 2994
-  A +

Topaz Premyer Liqada 2018/2019 mövsümünün ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov hamını qabaqlayıb.

"Sumqayıt”a qarşı oyunda komandasını kapitan kimi meydana çıxaran Mahmudov 2-ci qolun müəllifi olub. InStatın təhlilinə əsasən, o, turun ən yüksək indeksə malik futbolçusudur.

Qeyd edək ki, ilk turda "Neftçi" "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.



Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner