"Qəbələ" Topaz Premyer Liqanın 2-ci turunda “Dalğa Arena”da "Neftçi" ilə üz-üzə gələcək.
Qol.az-ın əyalət klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, ilk dəfə 12 il öncə qarşılaşan rəqiblərin ümumilikdə 46-cı dueli olacaq. Komandalar indiyədək çempionat və kubokda üst-üstə 45 dəfə qarşılaşıb. 16 dəfə qalib gələn “Qəbələ” 11 heç-heçə edib və 18 dəfə uduzub. Lakin “qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir – 58:57.
Bakılıların qapısına vurulan 58 qolun müəllifləri arasında ən məhsuldar oyunçu Baqali Dabodur. Onun hesabında 6 top varsa, Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə fərqlənib.
Ardıcıl 10 görüşdür heç-heçə etməyən rəqiblərin son iki mövsümdəki matçlarında “Qəbələ” 6, “Neftçi” 4 dəfə qalib gəlib.
Azərbaycan kubokunun 5 oyununda üz-üzə gələn komandalar Premyer Liqada 40 dəfə qarşılaşıb. Hesabında 15 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 17 dəfə meydandan xalsız ayrılıb. Çempionatda komandalar eyni sayda – hərəyə 51 qola seviniblər.
“Qəbələ” 23-cü dəfə “Neftçi”nin qonağı olacaq. Komanda səfər matçlarında rəqibindən üstündür. Rəqib meydanında 9 dəfə qalib gələn “qırmızı-qaralar” 5 bərabərliklə kifayətlənib və 8 dəfə məğlubiyyətlə üzləşib. Paytaxt təmsilçisinin meydanında 30 qol vuran "Qəbələ" 26 top buraxıb.
Xatırladaq ki, avqustun 19-da “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 18:30-da başlayacaq.
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video