"Yerli klublardan heç bir təklif yoxdur. Hazırda fərdi məşqlərlə kifayətlənirəm. Bir də evdə uşaqlarla oynayıram (gülür)".
Bu sözləri Qol.az-a açıqlamasında Vüqar Nadirov deyib. Mövsümün sonunda "Səbail"dən ayrılan 31 yaşlı hücumçu hələ də özünə yeni komanda tapa bilməyib. Təcrübəli futbolçu bu yaxınlarda ölkə xaricindən təklif alsa da, qəbul etməyib:
"Kiyev "Arsenal"ından təklif almışam. Amma qəbul etmədim. Çünki karyeramı Azərbaycanda davam etdirmək, evimin içində oynamaq istəyirəm. Ancaq yerli klublardan təklif olmasa, Ukrayna variantını dəyərləndirəcəyəm".
Bir vaxtlar "Qarabağ"ın aparıcı oyunçularından olmuş Nadirov sabiq komandasının avqustun 1-də Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Kukesi" ilə keçirəcəyi görüşə də toxunub:
"Albaniyadakı ilk oyunu izlədim. Rəqib çox sıx oynayırdı. Belə komandalara qol vurmaq çətin olur. Amma məncə, birinci oyunda "Qarabağ" uzaqdan zərbələrə üstünlük versəydi, daha yaxşı olardı. Cavab matçı haqda isə onu deyə bilərəm ki, çətin olacaq. "Qarabağ" nəyin bahasına olur-olsun qol vurmalıdır. Başqa variant yoxdur".
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”