“Fənərbaxça” yeni hücumçusunu təqdim etdi

“Fənərbaxça” yeni hücumçusunu təqdim etdi
XƏBƏR 28 İyul 2018 / 15:40 3868
-  A +

“Fənərbaxça”  “Suonsi Siti”nin hücumçusu Andre Ayyunu transfer etdiyini rəsmən açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qanalı hücumçu 1 illik icarəyə götürülüb. 

Mövsümün sonunda “Fənərbaxça” Ayyunu transfer etmək hüququna da sahib olacaq. 29 yaşlı forvard yeni komandasında 20 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qana millisinin üzvü  karyerası ərzində “Suonsi Siti”dən başqa “Vest Hem” və “Olimpik” (Marsel) klublarında da oynayıb.

Son xəbərlər