"Kukesi" mozambikli hücumçu ilə müqavilə bağladı
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Kukesi” yeni transferi Reginaldo ilə müqavilə bağlayıb.
Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Laçi”dən transfer edilən 28 yaşlı hücumçu ilə 1 illik sözləşmə imzalanıb.
Mozambik millisinin üzvü “Qarabağ”la oyun üçün iştirak ərizəsinə daxiil edilib.
Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Qarabağ” – “Kukesi” matçı 21:00-da başlayacaq.