“Maksimovu kubok oyunundan dərhal sonra göndərməliydim” – Zaur Axundov
“Baltsan”ı keçə bilərdik, keçməliydik də. Cütün taleyinin səfərdəki məğlubiyyətlə həll olunmasına baxmayaraq, Bakıda istəyimizə yaxın idik. Amma vaxt qalmamışdı”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov deyib.
Azərbaycan Futzal Federasiyasının prezidenti qurumun mətbuat xidmətinə müsahibəsində “Keşlə”nin Avropa Liqasında mübarizəni erkən dayandırmasına münasibət bildirib. O, ukraynallı baş məşqçi Yuri Maksimovu vaxtında komandadan göndərməməklə səhv etdiyini qeyd edib:
“Səhv məndədir, Maksimovu kubok oyunundan dərhal sonra göndərməliydim, daha doğrusu, yeni müqavilə bağlamamalıydım. Amma futboldur, belə hallar qaçılmazdır. Açığı, şokdan hələ ayılmamışam”.
“Keşlə” paltardəyişmə otağına tez-tez baş çəkən Z.Axundovun bunun futbolçulara müsbət təsir etdiyini bildirib: “Futbolçuların bundan xoşlanmadığından əmin olsam, getmərəm. Amma bu onlara xoş gəlir. Görünür, psixoloji təsir etmişəm, motivasiyalarına təsir göstərmişəm ki, isinmə hərəkətlərinin ardından o 5-10 dəqiqəlik fasilədə məni gözləyirlər. Bu, qarşılıqlı inamdan, sevgidən irəli gəlir”.