“Roma” hücumçusunu icarəyə verdi

“Roma” hücumçusunu icarəyə verdi
XƏBƏR 27 İyul 2018 / 18:27 3259
-  A +

“Roma” hücumçusu Qrequar Defreli icarəyə verib.

Qol.az-ın xəbərinə görə, fransalı hücumçu karyerasını “Sampdoriya”da davam etdirəcək.

Klubun rəsmi saytı 27 yaşlı oyunçunun 1 illik icarəyə götürüldüyünü açıqlayıb. “Sampdoriya” gələn yay Defreli birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 2015-ci ildə “Sassuolo”dan “Roma”ya keçən Defrel paytaxt klubunda 15 oyuna çıxıb və 1 qol vurub.

Son xəbərlər