17 yaşadək futbolçulardan ibarət millimizin təlim-məşq toplanışı olacaq.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz iyulun 31-dən avqustun 5-dək hazırlıq keçəcək.
Toplanışı Belarusun paytaxtı Minskdə keçirəcək Ramin Quliyevin komandası bu ölkənin U-17 millisi ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Avqustun 2-dəki oyun Bakı vaxtı ilə saat 19:00, 4-dəki görüş isə Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Toplanışda 20 futbolçu iştirak edəcək.
Emil Bayramov (BRV Sport klub, Ukrayna), Andrey Çekotun (İvan Poddubnı adına Olimpiya Kolleci, Ukrayna), Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı “Keşlə”), Nemət Musayev (“Kəpəz”), Musa Qurbanlı (“Qarabağ”), Vüsal Şabanov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Emil Məmmədov, Fərid Yusifli, Valeh Qəhramanlı (hamısı “Neftçi”), Cavidan Abbaszadə (“Sumqayıt”), Elçın Qasımov (“Turan Tovuz”), Emil Quluzadə (“Vətən”).
Osimhen sıradan çıxdı
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi