"Danışılmış oyunlarda adları hallanan klublar çempionatda olmayacaq. Divizion təmsilçilərindən 6-sı yarışa qatılmalıdır. Gələn həftə püşkatma mərasimi olacaq. Əgər hansısa komanda yarışda olmasa, deməli, az-çox adı danışılmış oyunlarda hallanıb".
Qol.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, Topaz Premyer Liqada yeni mövsümünün bugünkü püşkatmasında sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Binə” və İmişli klubunun rəhbərliyi gəlib demişdi ki, uşaqlarla bacara bilmirəm. 30-35 yaşlı futbolçular I divizionda nə futbola, nə də özlərinə xeyir verirlər. 20-22 yaşlı oyunçu artıq özünə həyat qurmalıdır. Bilməlidir ki, ya futbolçudur, ya da özünə başqa sənət tapsın. Transfer vaxtı futbolçuların tanışları o qədər zəng vururlar ki. İzah edə bilmirsən ki, bu, futbol oynaya bilmir. Oğluma da dedim ki, get, işinlə məşğul ol. Ruslan Tağızadənin atası məni boğaza yığıb. And verir ki, oğluma kömək elə. Halbuki onun da adı danışılmış oyunlarda hallanır. Amma fikirləşmir ki, ondan futbolçu olmaz. Əvvəlki vaxt gedib, indi pul yoxdur.
- Yenə bəzi futbolçular “qara işlər”ə davam edir. Onlar qorxmurlar?
- Düşündük ki, 20 yaşlı oyunçu bu işə getməz. Ən azı gündə 2-3 nəfər prokurorluğa çağırılır. Yəqin ki, səsi çıxacaq. Bu, dövlətin adına ləkədir. UEFA-dan gələn məktubları özümə təhqir bilirəm. Bu yol kişi yolu deyil. Gedib daş daşısınlar, kişi kimi pul qazansınlar.
- “Xan Lənkəran” 1 milyon manatlıq büdcə göstərsə də, diviziona buraxılmadı...
- Bu məsələni İcraiyyə Komitəsində qaldırdım. Yeni gələn klubların ən uzun ömrü 2 ay olur. İstəmirik, çempionatın səviyyəsi daha da düşsün. Qərara gəldik ki, 1 il öz hesabına oynasın, görək Regional Liqada çıxış edə biləcəkmi? Ondan sonra I diviziona götürülər.
- AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, komanda 3 il Regional Liqada çıxış etməlidir. Belə olan halda hansı ağıllı iş adamı futbola pul yatırar?
- Axı, bunlar 1 nəfərdən asılı deyillər. İmkanları olsaydı, onları I diviziona qəbul edərdik. Şübhəli məqam var ki, belə qərara gəlinib. “Binə” ötən il gəldi, indi də dağıldı, getdi. “Xan Lənkəran”dan heç bir təminat gəlməyib. Gəlsə və bəlli olsa ki, klubu maliyyələşdirən, əziyyət çəkən insan var, bu başqa məsələ. Elxan müəllim qanunla hərəkət edir. Regional Liqada da az pul xərclənmir. Kim futbola pul yatırmaq istəyirsə, onun qarşısı alınmır.
- Bildiyimizə görə, iki nəfər maliyyə ayırmaq istəyib, lakin AFFA-dan mane olublar.
- Bunu eşitməmişəm. Ötən il bir nəfər çox danışırdı. Ancaq sonra məlum oldu ki, maliyyə buraxan o deyil.
- “Topaz”ın sponsorluğundan qazanılan məbləğ nə qədərdi?
- 600 min manat. Bu, bizim birillik büdcəmiz deyil.
- Bu yay hakimlərimizin toplanışı olmadı. Bunun fəsadları olmayacaq?
- İnanıram ki, olmayacaq.
- Hakimlərin qonorarının artımı nəzərdə tutulub?
- Aldıqları hələ çoxdur. Bir oyuna 700 manat az deyil.
- Birinci divizionun yayımı olacaq?
- Premyer Liqanı “CBC Sport” yayımlayacaq. Amma I diviziona söz vermirəm. Buna çalışacağıq.
- Berti Foqtsun vaxtında olduğu kimi, yenə çempionatda 2-3 həftəlik fasilə olacaq?
- Bu il millinin oyunlarını üst-üstə gəlsək, 2 ay fasilə olacaq. Amma maksimum 1 həftəlik fasilələr olacaq. Təki nəticə qazanılsın. Çempionat da milliyə görə keçirilir.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev