Çili millisinin üzvü "Beşiktaş"da

Çili millisinin üzvü "Beşiktaş"da
XƏBƏR 27 İyul 2018 / 12:08 3429
-  A +

“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Superliqa təmsilçisi Meksikanın “Krus Asul” klubunda çıxış edən Enzo Rokonu heyətinə qatacaq. Çilili müdafiəçi artıq tibbi müayinədən keçmək üçün ötən gecə İstanbula gedib.

Tərəflər arasında 4 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Enzo 2016-cı ildən “Krus Asul”da çıxış edirdi. O, Çili yığmasında 19 oyun keçirib.

Daha çox


Son xəbərlər