UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Kayrat” (Qazaxıstan) - “Az Alkmar” (Hollandiya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edib.
Qol.az-ın məlumatına görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.
Almatı şəhərindəki “Ortalyk” stadionunda keçirilən qarşılaşma “Kayrat”ın 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Eseolanın dubl etdiyi matçda Əliyar Ağayev meydan sahiblərinin 3, qonaqların isə 2 üzvünü sarı vərəqə ilə cəzalandırıb.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi