“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iki gün öncə Bakıda bir araya gələn “qırmızı-qaralar” paytaxtdakı hazırlığın 3-cü gününü başa vurub. Komanda günü iki məşqlə yekunlaşdırıb.
“Qəbələ” avqustda start götürəcək Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk turuna qədər iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” iyulun 31-də əvəzedici komanda ilə üz-üzə gələcək. “Qəbələ”nin ikinci yoxlama oyunu avqustun 4-də baş tutacaq. Komandanın ikinci rəqibinin adı yaxın günlərdə dəqiqləşəcək.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi